Emin Əmrullayev məktəblərdə pul yığılması məsələsinə aydınlıq gətirdi
“Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır”.
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
“Təhsil sistemi böyükdür. Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmasının, müvafiq adamların uyğun cəza almasının tərəfdarıyıq”, – deyə nazir bildirib.
Emin Əmrullayev vurğulayıb ki, bir müəllimin və məktəbin belə fəaliyyətini bütün təhsil ocaqlarına şamil etmək doğru yanaşma deyil:
“Ən böyük problemlərdən biri vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübut olmadıqda bunu təsdiq etmək çətindir. Bu halda cəza tədbiri görüləndə direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Elm və Təhsil Nazirliyinin kimisə işdən çıxarmaq mövqeyi yoxdur”.
Nazir əlavə edib ki, bəzi məktəblərdə belə halların olması yolverilməzdir və aşkar olunduqda müvafiq cəza tədbirləri görülür.
#Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
- Emin Əmrullayev müəllimlərin geyimindən danışdı - Baku TV
