Ərinə sevgisi ilə gündəmə düşən qadın və ailəsinə kim ev verdi? | ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında müəllif və aparıcı Arzu Kəlbi Astaranın Tüləgüvan kəndində yaşayan Allahverdiyevlər ailəsinin yeni tikilən evində olub.
Bir il əvvəl “Arzunun vaxtı” verilişində ailənin acınacaqlı vəziyyətdə yaşaması ictimailəşdiriləndən sonra xeyriyyəçi insanlar Allahverdiyevlərə dəstək olublar. Onlardan biri isə ailənin evinin tikintisini öz üzərinə götürüb.
Ailə üzvlərindən biri – Rəisə Allahverdiyevanın sözlərinə görə, onları evlə təmin edən şəxsi tanımırlar. Həmin şəxs adının gizli qalmasını istəyib:
“Mən 43 illik həyatımda belə ev görməmişdim. Yağışlı havada yatanda su başımıza tökülürdü, həmişə yerdə yatırdım. Bu cür şəraitdə 12 il yaşadım. Kiminsə evi olanda həsəd aparırdım. Deyirdim ki, bəs mənim evim nə vaxt olacaq? Bizim üçün bu yaxşılığı edən şəxsə minnətdarıq, hər adam belə xeyirxahlıq etmir”.
Arzu Kəlbi qeyd edib ki, ailəyə yardım edən şəxs həmçinin evi əşyalarla və mebellərlə də təmin edəcək.