Pleyeri seçin:

Ermənilər azərbaycanlı müəllimlərə hansı çətinliklər yaradırdı? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

18 avqust 2023 397 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“O torpaqlar bizsiz, doğma sakinləri üçün darıxıb” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Nərimanlı kənd sakini Şirazi İbrahimovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb illəri, doğulduğu kəndlə bağlı xatirələrini bölüşüb, kənddəki Balellər, Hacıalılar, Cümbüllər, Xancığazlılar və Qarabulaq məhəllələri, Nərimanlı yaylağı, Çalmalı dağı və Qumli bulağın gözəlliyindən söz açıb: “O yerlər həmin insanları ilə gözəl idi. İnsanları o yerlərə gözəllik verirdi. 35 ildən artıqdır ki, biz o torpaqları tərk etmişik, deportasiyaya, soyqırımına uğramışıq”.

Ş.İbrahimov 1980-ci illərin əvvəllərində Basarkeçər Rayon Partiya Komitəsinə rəhbərlik edən Nurcanyan adlı daşnak erməninin şovinist, millətçi çıxışlarını, Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti sədrinn birinci müavini işlədiyi zaman Göyçədə yaşayan azərbaycanlılara göstərdiyi diqqəti və dəstəyini xatırladıb, Basarkeçər rayonunda 36 kəndində azərbaycanlıların yaşadığını bildirib.

Onun sözlərinə görə, valideynləri 1988-ci ilin qarlı, boranlı soyuqlu dekabr ayında Göyçə mahalını tərk etmək məcburiyyətində qalıb, yol boyu erməni quldur dəstələri tərəfindən maşınlarının qabağı kəsilib: “Onlar insanlara hədə-qorxu gəlir, təhqir edirdilər, bəzən ağır, ölümcül döyülən insanlar da olmuşdu”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 397 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 397 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 397 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 397 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 397 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 397 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 397 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 397 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 397 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 397 baxış
Seçilmişlər
icon