Pleyeri seçin:

Ermənini özünə gətirən partlayış: Həyat, deyəsən, gözəldir - ARAŞDIRMA

10 noyabr 2023 401 baxış

Rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi ermənilərin 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir.

Filmin qısa süjeti belədir: Döyüşdə yanında bomba partlaması ilə travma alan Vaçik qardaşı Xaçiklə birlikdə Azərbaycan tərəfinə əsir düşür. Vaçik aldığı travmadan sonra həqiqəti görməyə başlayır və "Qarabağ Azərbaycan"dır deyir. Xaçik qardaşının bu vəziyyəti ilə barışa bilmir, hətta onu öldürmək istəyir. Anası, qardaşı və bütün qohum-əqrəbası Vaçikdən imtina edir.

Rejissor Vaçik və Xaçikin timsalında erməni cəmiyyətini göstərir. Vaçikçilər sülhün, Xaçikçilər müharibənin tərəfdarıdır.

Bu iki qardaş həm müalicə almaq, həm də sorğu-sual edilmək məqsədilə psixiatriya xəstəxanasına yerləşdirilir. Maraqlı məsələ odur ki, xəstəxananın baş həkimi erməni qadın ilə ailə qurub və onun özünün də psixoloji problemləri var. Həkimin arvadı hər dəfə ona deyir ki, “mən sənin qəlbinə yol tapa bilmədim, ona görə şüuraltına girirəm”.

Beləliklə, onun yuxularına girib erməni sevgisi aşılamağa çalışır. Qarabağın azad olunma xəbərini eşidən həkim eyvana çıxıb xalqla birlikdə sevinir. Bu zaman erməni arvadı onun ayaqlarını qucaqlayıb ağlayır. Bu səhnə erməni qadının timsalında ermənilərin Azərbaycanın ayaqları altına düşdüyünü, təslim olduqlarını göstərir.

Bu filmdə sülh mesajları da var. Azərbaycanlı polkovnikin “Onlar bizim qonşularımızdır” deməsi, Vaçikin xahişi ilə palatasına qoyulan Azərbaycan-Ermənistan bayrağı buna sübutdur. “Həyat, deyəsən, gözəldir” ilk Azərbaycan filmidir ki, bu iki ölkənin bayrağı yanaşı göstərilir.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 401 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 401 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 401 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 401 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 401 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 401 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 401 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 401 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 401 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 401 baxış
Seçilmişlər
icon