Pleyeri seçin:

Evlərimizin altı sudur, qoxudan dayanmaq olmur! - Atyalı sakinlərinin yol problemi

15 avqust 2024 639 baxış

Abşeron rayonu, Atyalı qəsəbəsinin yolları acınacaqlı vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, yollar 20 ildən çoxdur ki, asfalt üzünə həsrətdir. Həmçinin qəsəbənin bəzi hissələrində su xətti çəkilərkən yol infrastrukturu dağıdılıb və bir daha bərpa olunmayıb.

Qəsəbədə həmçinin antisanitar vəziyyət hökm sürür. Zibil qutuları vaxtında təmizlənmədiyi üçün ətraf məişət tullantıları ilə doludur. Üfunət qoxusundan dayanmaq belə mümkün deyil.

“Burada ən azı 4 mindən çox əhali yaşayır. Bu qədər əhali yaşamasına baxmayaraq, yola nəzarət edən yoxdur. Zülm çəkirik, qışda uşaq məktəbə gedə bilmir. Kanalizasiya yoxdur. Şambo quyulardır, o da dolur, hamının evinin altı sudur. Zibil qutuları yoxdur, hər yer zibildir, kim hara gəldi tullayır”, – qəsəbə sakini narazılığını bildirib.

Məsələ ilə bağlı Hökməli bələdiyyəsindən bildirilib ki, onlar tərəfindən yaşayış massivinin daxili torpaq yollarına çınqıl tökülüb. Qəsəbənin küçələrinə asfalt örtüyünün salınması maliyyə baxımından mümkünsüzdür.

Əraziyə kanalizasiya xəttinin çəkilməsi ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə rəsmi müraciət də etdiklərini bildiriblər. Məişət tullantıları ilə bağlı isə daşınmanı edən şirkətlə müqaviləyə xitam verilib. Bələdiyyə əraziyə yeni daşıma şirkətinin cəlb olunacağını vəd edib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə isə qəsəbənin bir küçəsində su xəttinin təmir-bərpası məqsədilə işlər görülür. Xəttin təmiri yekunlaşdıqdan sonra qazılan xəndək yol səviyyəsində torpaqla doldurulacaq. Kanalizasiya təchizatı ilə bağlı isə layihə sənədləri hazırlanıb.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 639 baxış
Seçilmişlər
icon