Pleyeri seçin:

FHN-dən əhaliyə güclü küləklə bağlı xəbərdarlıq

12 may 2025 318 baxış

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, bəzi çaylarda sululuğun artacağı, sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyi qeyd olunanları nəzərə alaraq, müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.

"Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır", ‒ nazirlikdən bildirilib.

Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir | Hamilə qadınlar üçün tək çarə isə... - BAKU MED

Cəmiyyət
20 dekabr 2025 318 baxış
Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 318 baxış
Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Qəzalar zamanı niyə arxadan vuran sürücü günahkar olur? - Baku TV

Cəmiyyət
20 dekabr 2025 318 baxış
Rusiya-Ukrayna cəbhəsində yeganə azərbaycanlı qadın hərbçi Samirə danışdı - Baku TV

Rusiya-Ukrayna cəbhəsində yeganə azərbaycanlı qadın hərbçi Samirə danışdı - Baku TV

Cəmiyyət
20 dekabr 2025 318 baxış
Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV

Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV

Cəmiyyət
20 dekabr 2025 318 baxış
“The Oligarch’s Design” sənədli filminin nümayişi olub - Baku TV

“The Oligarch’s Design” sənədli filminin nümayişi olub - Baku TV

Cəmiyyət
20 dekabr 2025 318 baxış
“Sevdiyi qız can verəndə özünü çatdırdı” | Bayram kişini kövrəldən təsirli hekayə - O VAXTLAR

“Sevdiyi qız can verəndə özünü çatdırdı” | Bayram kişini kövrəldən təsirli hekayə - O VAXTLAR

Cəmiyyət
19 dekabr 2025 318 baxış
Ağzı açıq "lyuk"lar sürücülərə təhlükə yaratdı - Baku TV

Ağzı açıq "lyuk"lar sürücülərə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
19 dekabr 2025 318 baxış
Meyxana dünyasının tanınmış siması Ağakərim dünyasını dəyişdi - Baku TV

Meyxana dünyasının tanınmış siması Ağakərim dünyasını dəyişdi - Baku TV

Cəmiyyət
19 dekabr 2025 318 baxış
Azərbaycan QHT-si ilk dəfə Kərkükdə musiqi klipi çəkdi - Baku TV

Azərbaycan QHT-si ilk dəfə Kərkükdə musiqi klipi çəkdi - Baku TV

Cəmiyyət
19 dekabr 2025 318 baxış
Seçilmişlər
icon