Cəmiyyət
Pleyeri seçin:
FHN-dən hava ilə bağlı təcili xəbərdarlıq | Bunlara diqqət edin!
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir”.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
“Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır”, – məlumatda bildirilib.
Kopyalandı
Seçilmişlər