FHN metroda təlim keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə “Nizami” metrostansiyasında təlim keçirilib.
“Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” təliminə FHN-in Baş əməliyyat idarəsi rəhbərlik edib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Nizami” stansiyasında qısaqapanma nəticəsində şərti qatı tüstülənmə və yanğın barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.
Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparıb. Qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 35 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI
- Yanğınsöndürənlərin gərgin mübarizəsi davam edir - Baku TV
- Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
