Fransa ailəsindən alınan azərbaycanlı uşaqlarla bağlı qərar verdi | Detallar açıqlandı
Fransa tərəfi Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın iki övladının Almaniyaya geri qaytarılmasına razılıq verib.
Azərbaycan Səfirliyinin məlumatına görə, uşaqlar avqustun 18-də Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə təhvil verilib. Uşaqların valideynlərinə qaytarılmaları üçün hüquqi tədbirlər davam etdiriləcək.
Mövcud durumda həm Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi, həm də Diaspor ilə İş üzrə Dövlət Komitəsi vasitəsilə vətəndaşlara hüquqi dəstək göstəriləcək.
“Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycan vətəndaşlarına bir daha müraciət edərək, xarici ölkələrdə bu kimi hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın bu ölkədəki səfirliyinə xəbər verilməsi xahiş olunur”, ‒ deyə səfirliyin məlumatında bildirilib.
#Məhəmməd Quliyev teqi istifadə olunub
