Cəmiyyət
Pleyeri seçin:
Füzuli sakinləri illər sonra doğma yurduna qovuşur | Duyğulandıran anlar
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə – 138 nəfər köçürülür.
Qeyd edək ki, indiyədək Füzuli şəhərində 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.
Kopyalandı
Seçilmişlər