Gəlin toy günü təndirin başına dolanıb təndir əyəsindən nə istəyirdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” adlı veriliş hazırlanıb.
Verilişdə Ağbaba mahalının adət-ənənələri, toy mərasimləri, inancları, geyim və xalçaçılığı, folkloru, irsi, yaşam tərzi, deyim və duyumları, ağız ədəbiyyatı araşdırılıb.
Bildirilib ki, Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşir, qoruyucu Təndir əyəsi inancının əlamətlərinə görə, gəlin toy günü təndirin başına dolanıb, təndir əyəsindən icazə istəyir.
Gəlin gərdəyində, geyimində, eləcə də xalçada olan damğalar sanki qoruyucu rolu oynayır. Gəlin geyiminin formasında qurd ağzı element olur. Bunun mənası odur ki, gəlin geyiminin ətəyi qurd ağzı biçimində olmasa, onun xoşbəxt olma ehtimalı azalır.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın ərazi iddiaları hansı tarixi hadisələrdən sonra rəsmiləşdirildi? - Baku TV
- Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV
- Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV
