Pleyeri seçin:

Gəncədə nadir ağaclar kəsildi | Təbiətə bu qədər ziyan dəydi - Baku TV

29 yanvar 2026 732 baxış

Gəncə şəhərində ağacların kütləvi kəsilməsi faktı qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən aparılan araşdırmalar zamanı Atatürk prospekti, 35 ünvanında yerləşən şəxsi mülkiyyətə aid torpaq sahəsində 7 ağacın kəsildiyi müəyyən edilib. Kəsilən ağaclar arasında nadir növlərdən olan Eldar şamları da var. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlərə başlanılıb.

Məsələ ilə bağlı açıqlama verən sahibkar Nofəl Hacıyev bildirib ki, sözügedən ərazi onun şəxsi mülkiyyətidir. Onun sözlərinə görə, ağacların kəsilməsi və cərimənin yazılması prosesində iştirak etməyib və bu barədə məlumatı olmayıb:

“5 il ərzində su olmadığı üçün ağaclara qulluq və suvarma aparılmayıb. Onları mən kəsməmişəm. Sözügedən cərimənin mənə heç bir aidiyyəti yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd olunub ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı sözügedən ünvanda ağacların kəsilməsi faktı aşkar olunub. Araşdırma zamanı həmin ərazidə vətəndaş Afiyyət Bayramovaya məxsus torpaq sahəsində 7 ədəd şam və tut ağacının kəsildiyi müəyyən edilib. Nəticədə, təbiətə 19 050 manat məbləğində ziyan dəyib.

Nazirliyin məlumatına görə, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Eyni zamanda kəsilən ağacların yerinə yenilərinin əkilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət olunub və yanvarın 29-da həmin əraziyə yeni ağaclar əkilib.

Banner
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 732 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 732 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 732 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 732 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 732 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 732 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 732 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 732 baxış
Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
01 noyabr 2026 732 baxış
Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 732 baxış
Seçilmişlər
icon