Gürcüstanda Vəli bəy Yadigarova həsr olunmuş "Polkovnik" filminin təqdimatı keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisidə əslən Gürcüstandan olan, lakin Azərbaycan tarixində dərin iz qoymuş görkəmli hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr olunmuş "Polkovnik" sənədli filminin təqdimatı keçirilib. Tədbir, Azərbaycanın Mədəniyyət Nazirliyi və "Salnamə" sənədli filmlər studiyasının birgə əməkdaşlığı, habelə SOCAR-ın Gürcüstan nümayəndəliyi və yerli Azərbaycan diasporunun dəstəyi ilə baş tutub. Filmin təqdimatı, eyni zamanda, Azərbaycanın ictimai-siyasi xadimi, sabiq baş nazir Həsən Həsənovun 85 illik yubileyi çərçivəsində təşkil edilib. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında filmin iki xalqı birləşdirən tarixi və mənəvi bağları əks etdirdiyini vurğulayıb. Filmin ideya müəllifi Həsən Həsənov isə əsas məqsədin gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq və milli şəxsiyyətlərin xatirəsini yaşatmaq olduğunu qeyd edib.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
