Pleyeri seçin:

Hamının qulluqçusu olmaq istədiyi pişik | Şupett necə bu qədər varlandı? - ARAŞDIRMA

06 sentyabr 2024 159 baxış

Baku TV moda dünyasının kayzeri adını qazanan məşhur Karl Lagerfeldin ilham pərisi, 200 milyon avroluq sərvətinin varisi, dünyanın ən zəngin pişiyi Şupett haqqında araşdırma hazırlayıb.

2011-ci ildə başqa ölkədə yaşayan valideynlərinə baş çəkməyə hazırlaşan model Batist Cabikoni balaca pişiyini özü ilə apara bilmədiyi üçün onun K.Lagerfeldlə qalmasını modelyerdən xahiş edir. Karl Lagerfeld pişiyin tüklərinin tökülməsindən qorxsa da, onu iki həftə özündə saxlamağa razılıq verir.

Bu müddət ərzində K.Lagerfeldin pişik balasına böyük məhəbbəti yaranır və Batist Cabikoni səfərdən qayıdanda modelyer ona “mən bu pişiyə o qədər öyrəşmişəm ki, ondan ayrıla bilmirəm” deyir. Karl Lagerfeld pişiyə “əzizim” mənasını verən Şupett adını qoyur və pişik kraliça kimi yaşamağa başlayır.

Şəxsi həyatı haqqında danışmağı sevməyən K.Lagerfeld həmişə müsahibələrində böyük həvəslə sevimli Şupettindən danışıb.

O deyirdi: “Şupett əsl nazlı xanımdır, imkanım olsaydı, onunla evlənərdim. O, həyatıma gələndən mən sakit və yaxşı insan olmuşam”. “Bu pişiyin özəlliyi nədir ki, belə bir həyat sürür” deyə soruşulanda Karl Lagerfeld bir müddət fikirləşərək “Bəxti gətirib” cavabını verir.

Bir çox reklam çarxına çəkilən Şupett sahibindən geri qalmayaraq yüksək qonorarlar alır. 2012-ci ildə model kimi fəaliyyətə başlayan pişik bir çox dəb jurnalında məşhur modellərlə birgə çəkilir. 2015-ci ildə onun adına kosmetika kolleksiyası yaradılır və Şupett yeni kolleksiyanın reklamında rol alır.

Ölümündən sonra sevimli pişiyinin varlı həyatını davam etdirmək üçün K.Lagerfeld bütün əmlakını ona vəsiyyət etmək qərarına gəlir. Lakin Fransa qanunları heyvanlara verilən vərəsəlik hüququnu tanımadığı üçün Almaniya vətəndaşı olan K.Lagerfeld vərəsəlik şəhadətnaməsini Almaniyada qeydə alır. Hüquqi sirr olduğu üçün rəsmi olaraq bildirilməsə də, sahibinin ölümündən sonra da pişiyin varlı həyat sürməsi onun K.Lagerfeldin varisi olduğunu təsdiqləyir.

19 fevral 2019-cu ildə Karl Lagerfeld mədəaltı vəzi xərçəngindən vəfat edir. “Instagram” hesabında Şupettin qara üz örtüyü olan vualda şəkli yerləşdirilir və atasının ölümünə kədərlənənlərə təşəkkür bildirir.

Hazırda Şupett K.Lagerfeldin köməkçisi Fransuaza Kasotun himayəsində əvvəlki kimi gözəl evdə qayğısız həyat sürməyə davam edir və moda dünyasının imperatoru Karl Lagerfeldin xatirəsini yaşadır.

Avtosalonda baş verənlər sakinləri özündən çıxardı | “Hər gün burada elə hadisələr olur” - Baku TV

Avtosalonda baş verənlər sakinləri özündən çıxardı | “Hər gün burada elə hadisələr olur” - Baku TV

Cəmiyyət
22 dekabr 2025 159 baxış
"Lynk & Co Azərbaycan" ilin möhtəşəm 6-cı tədbirini keçirdi - Baku TV

"Lynk & Co Azərbaycan" ilin möhtəşəm 6-cı tədbirini keçirdi - Baku TV

Cəmiyyət
22 dekabr 2025 159 baxış
"Kimsə gəlib girib bura" | Tikinti şirkəti vətəndaşın əmlakına ziyan vurub? - Baku TV

"Kimsə gəlib girib bura" | Tikinti şirkəti vətəndaşın əmlakına ziyan vurub? - Baku TV

Cəmiyyət
22 dekabr 2025 159 baxış
“Bundan gözəl gün yoxdur” | Xocalı sakinləri doğma yurdda - Baku TV

“Bundan gözəl gün yoxdur” | Xocalı sakinləri doğma yurdda - Baku TV

Cəmiyyət
22 dekabr 2025 159 baxış
“Dünyanın ən gözəl hədiyyəsidir” | Ailələrinə qovuşan məhbusların azadlıq sevinci - Baku TV

“Dünyanın ən gözəl hədiyyəsidir” | Ailələrinə qovuşan məhbusların azadlıq sevinci - Baku TV

Cəmiyyət
22 dekabr 2025 159 baxış
Tapdığınız əşyalar nə zaman sizinki sayılır? - Nə “tapılan tapanındır”, nə də... - Baku TV

Tapdığınız əşyalar nə zaman sizinki sayılır? - Nə “tapılan tapanındır”, nə də... - Baku TV

Cəmiyyət
22 dekabr 2025 159 baxış
“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

Cəmiyyət
22 dekabr 2025 159 baxış
“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

Cəmiyyət
22 dekabr 2025 159 baxış
“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

Cəmiyyət
22 dekabr 2025 159 baxış
Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Cəmiyyət
22 dekabr 2025 159 baxış
Seçilmişlər
icon