Bakı suyunda infeksiya var? - "Uşağım bu suyu içən kimi..."
Sosial şəbəkələrdə paytaxtın bəzi ərazilərində kran suyunu içdiyi üçün uşaq və böyüklərin infeksiyaya yoluxması ilə bağlı iddialar yayılıb.
Belə ki, suyu içən şəxslərin ağız, dodaq və üzlərində səpkilərin əmələ gəlməsi iddia olunub.
Bu halın xüsusilə də Binəqədi rayonu ərazisində, Bakıxanov və Ramana qəsəbələrində qeydə alındığı söylənilib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinə bildirilib ki, içməli sudan infeksiya düşməsi ilə bağlı məlumat əsassızdır, heç bir təsdiqini tapmayıb:
“Əgər suyun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa, abonentlə əlaqə saxlanılır və zərurət olduğu təqdirdə plandan kənar şəkildə su nümunələri laboratoriyalara göndərilərək uyğun parametrlər üzrə yoxlanışlardan keçirilir”.
Kliniki Tibbi Mərkəzdən isə Oxu.az-a bildirilib ki, təcili yardıma müraciət edən xəstələrin suyu hardan içdikləri araşdırılmır. Ancaq hər il yay aylarında infeksiyaya yoluxmalarla müraciət sayında artımlar müşahidə olunur. Əgər zəhərlənmə baş veribsə, müalicə aparılır, mədə yuyulur və problem aradan qaldırılır.