Hazırlıqsız olan avtomobillərdən istifadə etməyin | BDYPİ-dən çağırış
Baş Dövlət Yol Polisi İdarəsi davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklərin hələ də aradan qalxmadığını xatırladır, bununla yanaşı, Respublika ərazisində davam edən qarlı hava şəraiti ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.
“Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!”, — deyə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Yol polisindən məktəb başlamazdan əvvəl valideynlərə xəbərdarlıq - Baku TV
- Valideynlərə uşaqların təhlükəsizliyi ilə bağlı mühüm çağırış edildi - Baku TV CANLI
- Əlverişsiz havada sükan arxasında nələrə diqqət etməliyik? - Baku TV CANLI
- Sürücülər bu hava şəraitinə hazır olsun | BDYPİ-dən sürücülərə çağırış - Baku TV
- DYP sürücülərə xəbərdarlıq etdi: yağışlı və küləkli havada risk artır - Baku TV CANLI
