Hər an dəhşətli hadisə ola bilər | Oğuzda təhlükə dolu məktəb
İllərdir ölkəmizdə yeni və müasir məktəb binaları tikilir. Ancaq elə məktəblər var ki, həmin təhsil ocaqlarında oxuyan şagirdlərin valideynləri narahatlıq hissi keçirirlər.
Belə məktəblərdən biri də Oğuz rayonunun 2015-ci ildə inşa edilən Qumlaq kənd tam orta məktəbidir. Belə ki, 10 il əvvəl tikilən məktəbin fasadı artıq dağılmaqdadır.
“Məktəbin giriş hissəsi yaxşı vəziyyətdədir. Amma arxa tərəfin aqlay daşları uçub tökülür. İçəri də yaxşı halda deyil. Tavandan su damır, döşəmə də bərbad vəziyyətdədir”, – deyə kənd sakini Mərdan Abdullayev narazılıq bildirib.
Valideynlər uşaqlarını məktəbə göndərməyə qorxduqlarını söyləyirlər.
“İki nəvəm bu məktəbdə oxuyur. Onları dərsə göndərməkdən qorxuram. Həyətdə oynayanda başlarına daş uçub tökülər, bədbəxt hadisə baş verər”, – Məhəmmədiyə Xəlilov deyib.
#Oğuz teqi istifadə olunub
- Oğuzun küçələri niyə qaranlığa qərq olub? - Baku TV
- "Qazdıqca altından qəbir çıxır" | Bu kənddəki 150 illik bəy evi niyə tərk edilib? - KƏNDİNƏ QAYIT
- "Qatdım ayını qabağıma..." | Əhalisinin çoxunun vəfat etdiyi bu kənd niyə "cənnət" adlandırılır?
- Oğuzda güclü küləyin fəsadları
- Oğuzun ecazkar təbiət mənzərəsi
