Pleyeri seçin:

Həyat yoldaşı şəhid Şahmarın nakam arzusundan danışdı

02 mart 2025 207 baxış

Baku TV-də Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kapitanı olan Şahmar Quliyev haqqında reportaj yayımlanıb.

Şahmar Quliyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, sentyabrın 28-də şəhid olub.

Həyat yoldaşı ilə bağlı xatirələrindən danışan Gülnarə Quliyeva Şahmar Quliyevin mükəmməl insan olduğunu bildirib:

“El arasında deyirlər ki, mükəmməl insan yoxdur, amma Şahmar, həqiqətən də, elə biri idi. O, qarışqanı belə incitməzdi. Altı il evli olmağımıza baxmayaraq, mən Şahmarın üzünü doğru-düzgün görmədim.

Bayram olanda 5 dəqiqəlik gəlib bizi ziyarət edib gedərdi. Çünki həmişə “bağlaması gəlməyən əsgərlər var, onlarla bayramı keçirəcəyəm” deyərdi”.

Gülnarə Quliyeva 4 il övlad həsrəti çəkən Şahmarın oğluna doymadan şəhid olduğunu söyləyib:

“Dörd il övladımız olmadı, sonra Kəmaləddin dünyaya gəldi. Şahmar çox xoşbəxt, sevincli idi. Kəmaləddinin doğulması ilə onun ən böyük arzularından biri çin oldu. Biz Şahmarı itirəndə Kəmaləddin 2 yaş 8 aylıq idi. Amma hesablasaq, 3-4 dəfə atasının üzünü gördü. Şahmar həmişə övlad həsrəti çəkirdi, sağlığında da çəkdi, Kəmaləddinə doymadı”.

Həyat yoldaşı Şahmarın nakam arzusundan da danışıb:

“Mart ayında oğlumuza sünnət toyu etmək istəyirdi. Dedim ki, hələ yox, avqust, ya da sentyabrda edərik. Mənimlə razılaşdı, “hə, olsun” dedi. İndi peşmanlıq hissi keçirirəm, kaş ki, mane olmazdım”.

Avtosalonda baş verənlər sakinləri özündən çıxardı | “Hər gün burada elə hadisələr olur” - Baku TV

Avtosalonda baş verənlər sakinləri özündən çıxardı | “Hər gün burada elə hadisələr olur” - Baku TV

Cəmiyyət
22 dekabr 2025 207 baxış
"Lynk & Co Azərbaycan" ilin möhtəşəm 6-cı tədbirini keçirdi - Baku TV

"Lynk & Co Azərbaycan" ilin möhtəşəm 6-cı tədbirini keçirdi - Baku TV

Cəmiyyət
22 dekabr 2025 207 baxış
"Kimsə gəlib girib bura" | Tikinti şirkəti vətəndaşın əmlakına ziyan vurub? - Baku TV

"Kimsə gəlib girib bura" | Tikinti şirkəti vətəndaşın əmlakına ziyan vurub? - Baku TV

Cəmiyyət
22 dekabr 2025 207 baxış
“Bundan gözəl gün yoxdur” | Xocalı sakinləri doğma yurdda - Baku TV

“Bundan gözəl gün yoxdur” | Xocalı sakinləri doğma yurdda - Baku TV

Cəmiyyət
22 dekabr 2025 207 baxış
“Dünyanın ən gözəl hədiyyəsidir” | Ailələrinə qovuşan məhbusların azadlıq sevinci - Baku TV

“Dünyanın ən gözəl hədiyyəsidir” | Ailələrinə qovuşan məhbusların azadlıq sevinci - Baku TV

Cəmiyyət
22 dekabr 2025 207 baxış
Tapdığınız əşyalar nə zaman sizinki sayılır? - Nə “tapılan tapanındır”, nə də... - Baku TV

Tapdığınız əşyalar nə zaman sizinki sayılır? - Nə “tapılan tapanındır”, nə də... - Baku TV

Cəmiyyət
22 dekabr 2025 207 baxış
“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

“Övladım burada dünyaya gəlmişdi...” | Prezidentin sərəncamı ilə əfv olunanlar duyğularını bölüşdü

Cəmiyyət
22 dekabr 2025 207 baxış
“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

“Belə şey olar?!” - Qaxdakı bu ərazidə nə baş verir? - “Tanımadığım adamlar bunu edib” - Baku TV

Cəmiyyət
22 dekabr 2025 207 baxış
“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

“Azərbaycan reallığını dünyaya çatdırmaq istəyirik” | “Harmoniya” filmi təqdim edildi - Baku TV

Cəmiyyət
22 dekabr 2025 207 baxış
Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Bulvardakı buz meydançası plastmasdandır? - Baku TV

Cəmiyyət
22 dekabr 2025 207 baxış
Seçilmişlər
icon