Cəmiyyət
Pleyeri seçin:

İcbari Tibbi Sığorta ilə bu əməliyyat ödənişsiz olacaq

19 aprel 2024 24 baxış

Böyrəyin çıxarılması əməliyyatı nefrektomiya adlanır. Nefrektomiya icbari tibbi sığorta təminatına daxildir. Bu əməliyyat açıq və qapalı (laparoskopik) üsulla həyata keçirilir. Qoyulan diaqnoz, patologiyanın ağırlıq dərəcəsi, pasiyentin ümumi vəziyyəti və digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına böyrəyin tam və ya hissəvi çıxarılması ilə bağlı 3359 əməliyyat icra olunub.

Böyrəyin patoloji genişlənməsi, funksiyasının pozulması, böyrəyin büzüşməsi ilə nəticələnən irinli iltihabı və s. kimi patologiyalar əməliyyat üçün göstəriş hesab oluna bilər. Nefrektomiya böyrəyin funksiyasını bərpa etmək mümkün olmadıqda, həyati təhlükəli ağırlaşmaların inkişaf etmə riski yüksək olduqda və böyrək köçürülməsi əməliyyatlarında həkim tərəfindən təyin olunur.

Əməliyyatdan əvvəl təyin olunan instrumental və laborator müayinələr, o cümlədən qanın və sidiyin analizi, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, sidik-cinsiyyət sisteminin ultrasəs müayinəsi, böyrəklərin kompüter tomoqrafiyası və digər müayinələr icbari tibbi sığorta ilə ödənişsiz aparılır.

Sözügedən tibbi xidmətlə bağlı reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibb sığorta təminatına daxildir. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

İstədi ki, nəvəsinin topunu götürsün... | Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?

İstədi ki, nəvəsinin topunu götürsün... | Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?

Cəmiyyət
10 fevral 2025 24 baxış
Hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyanın məhkəməsi davam edir

Hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyanın məhkəməsi davam edir

Cəmiyyət
10 fevral 2025 24 baxış
Laçının Malıbəy kəndinin qış mənzərəsi | Əsrarəngiz görüntülər

Laçının Malıbəy kəndinin qış mənzərəsi | Əsrarəngiz görüntülər

Cəmiyyət
10 fevral 2025 24 baxış
Tez və rahat yatmaq üçün... | Alimlərdən vacib xəbərdarlıq

Tez və rahat yatmaq üçün... | Alimlərdən vacib xəbərdarlıq

Cəmiyyət
10 fevral 2025 24 baxış
Kukla teatrında yeni tamaşanın premyerası baş tutdu | "Nənəmin aş qazanı"

Kukla teatrında yeni tamaşanın premyerası baş tutdu | "Nənəmin aş qazanı"

Cəmiyyət
10 fevral 2025 24 baxış
Xaltan kəndində yağan  güclü qarın yaratdığı füsunkar görüntü

Xaltan kəndində yağan güclü qarın yaratdığı füsunkar görüntü

Cəmiyyət
09 fevral 2025 24 baxış
İnsanlar və siçanlar arasında oxşar davranışlar | Mütəxəssislərdən araşdırma

İnsanlar və siçanlar arasında oxşar davranışlar | Mütəxəssislərdən araşdırma

Cəmiyyət
09 fevral 2025 24 baxış
Goranboyun dağ kəndlərində əsrarəngiz qar mənzərəsi

Goranboyun dağ kəndlərində əsrarəngiz qar mənzərəsi

Cəmiyyət
09 fevral 2025 24 baxış
Müharibələrdə yeni dövr | Tanklar müasir savaşlar üçün yararsızdır? - HƏRBİ XRONİKA

Müharibələrdə yeni dövr | Tanklar müasir savaşlar üçün yararsızdır? - HƏRBİ XRONİKA

Cəmiyyət
09 fevral 2025 24 baxış
3 kəndi birləşdirən körpü qəzalı vəziyyətdə | AAYDA-dan açıqlama

3 kəndi birləşdirən körpü qəzalı vəziyyətdə | AAYDA-dan açıqlama

Cəmiyyət
09 fevral 2025 24 baxış
Seçilmişlər
icon