Pleyeri seçin:
İkiyə bölünən binada şagirdlər ölümlə üz-üzə qalıb
Cəlilabadın Kövüzbulaq kənd 1 saylı orta məktəbi hər an uça bilər. 1987-ci ildə tikilən təhsil ocağı ölüm saçır.
Valideynlər də təhsil ocağının hazırkı halından şikayətçidir: “Bu yaxınlarda məktəbin yarısı uçdu. Təhsil ocağının istilik sistemi, qapı-pəncərəsi yoxdur”.
Məktəbin zirzəmisi su ilə doludur. Təhsil müəssəsi daş panellərlə tikilib. O panellər də demək olar ki, hamısı bir-birindən ayrılıb. Hazırda bu məktəbdə 100-dən çox şagird təhsil alır.
Bir müddət əvvəl rəsmi qurumlar məktəb binasının yenisi ilə əvəz olunacağını bildirsələr də, vəziyyət hələ də dəyişilməz olaraq qalır.
Kopyalandı
#Cəlilabad teqi istifadə olunub
- Cəlilabadda dəhşətli qəza | İçində körpə olmaqla 4 nəfər xəsarət alıb - Baku TV
- Arxeoloji tapıntıların eramızdan əvvəlki dövrə aid olduğu ehtimal edilir - Baku TV
- "Yarım saat sonra tapıblar" | Cəlilabadda 21 yaşlı gəncin faciəvi sonu - Baku TV
- "Çiyələkləri yığıb tökmüşəm oraya" | Fermerlərin aylarla çəkdiyi zəhmət niyə hədər getdi? - Baku TV
- Cəlilabadda iş zamanı faciə - Baku TV
