İnsan sağlamlığının dərmanı olan bitkilər | Naxçıvan dağlarının əvəzsiz nemətləri - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Min bir dərdin dərmanı olan bitkilər içərisində əvəlik və ələyəz xüsusi yer tutur.
İnsan sağlamlığı üçün möcüzəvi faydaları olan bu bitkilər əsasən dağlıq və meşəlik ərazilərdə yabanı halda bitir.
Naxçıvan dağlarının əvəzolunmaz nemətləri sayılan əvəlik və ələyəzdən indi də geniş istifadə olunur.
Şərur rayonunun Yuxarı Yaycı kənd sakini, 67 yaşlı Ələmdar Fərzəliyev deyir ki, uzun illərdir bu bitkilərin toplanması ilə məşğul olur.
“Dağlara gedib əvəlik, ələyəz, itburnu, dazıotu, kəklikotu toplayırıq, hörürük, quruduruq. Bir ildən sonra bunlar xarab olur. Əgər uzun müddət saxlamaq istəyirsənsə, doğrayıb sellofanlara yığmaq, ağzını möhkəm bağlamaq lazımdır ki, qurd düşməsin. Bu bitkilər istənilən yeməyə dad verir. Nənəm deyirdi ki, vaxtilə bu otlarla övladlarını yaza çıxarırdı. Beş əmim var idi. “1941-1945-ci illərdə aclıq vaxtı əvəliklə ələyəz olmasaydı, bəlkə də sağ qalmazdıq” deyirlər”, – o bildirib.
#Naxçıvan Muxtar Respublikası teqi istifadə olunub
- Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV
- Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı
- “Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV
- Ölkənin müxtəlif bölgələrində qəhrəmanların xatirəsi ehtiramla yad edildi - Baku TV
- Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV
