Pleyeri seçin:

İqlim dəyişmələrinin Azərbaycana təsirləri | Son 30 ildə nələr dəyişdi?

02 oktyabr 2024 365 baxış

Son 30 ildə Azərbaycanda kənd təsərrüfatına ciddi zərər vuran isti və quru küləklərin sayı 14 dəfə, quraqlığın davamiyyəti isə 20 %-dən çox artıb.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son on ildə dolu hadisələrinin sayı üç dəfədən çox artıb:

“Əvvəllər dolu əsasən dağlıq və dağətəyi rayonlarda müşahidə olunurdusa, hazırda bu proses düzən əraziləri də əhatə edir”.

Nazir deyib ki, Azərbaycanda su ehtiyatları da son onilliklər ərzində təxminən 15 faiz azalıb:

“Bu azalma əsasən quraqlığın artması, temperaturun yüksəlməsi və yağıntıların qeyri-bərabər paylanması ilə bağlıdır. Azərbaycanın su resurslarının böyük hissəsi qonşu ölkələrdən gələn transsərhəd sular hesabına formalaşır, buna görə də regional iqlim dəyişiklikləri ölkə daxilindəki su balansına da ciddi təsir göstərir”.

M.Babayev iqlim dəyişmələrinin sahilyanı ərazilərə də təsirinin ciddi şəkildə müşahidə olunduğunu söyləyib:

“Son illərdə Xəzər dənizinin səviyyəsi ciddi şəkildə azalmaqdadır. Bunun səbəbləri həm texnogen, həm də antropogen xarakter daşıyır. Xəzər dənizi regionunda temperaturun artması və dəniz səviyyəsinin azalması biomüxtəlifliyi, balıqçılığı və sahilyanı əraziləri təhlükə altına atır”.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 365 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 365 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 365 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 365 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 365 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 365 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 365 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 365 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 365 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 365 baxış
Seçilmişlər
icon