Cəmiyyət
Pleyeri seçin:
İsmayıllıda kənd sakinləri Baku TV-yə danışdı
Güclü leysan yağışlarından sonra gələn sel İsmayıllı və Qəbələdə ciddi fəsadlar törədib.
İsmayıllının Qurbanəfəndi kəndində sel suları nəqliyyatın hərəkətini iflic edib, kəndlilərin bağları, eləcə də bostan sahələri yararsız hala düşüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sel suları avtomobil yolunun tikinti aparılan hissəsinə dolub.
Qeyd edilib ki, qısa zaman ərzində sel sularının istiqaməti dəyişdirilib və problem aradan qaldırılıb.
Təbii fəlakət İsmayıllı ilə yanaşı Qəbələnin kəndlərində də bir sıra fəsadlara yol açıb. Evlərə və təsərrüfat sahələrinə ciddi ziyan dəyib.
Kopyalandı
Seçilmişlər