İtkin düşən əsgərimiz Ermənistanda saxlanılıb
Naxçıvanın Ermənistanla sərhədində itkin düşən ikinci Azərbaycan hərbçisi saxlanılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Müdafiə Nazirliyinin iki hərbçisi, əsgərlər – 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov itkin düşüblər. Onlardan biri aprelin 10-da Ermənistanla sərhəddə saxlanılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunduğunu bəyan edib.
#Ermənistan teqi istifadə olunub
- Revanşist qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanı hansı təhlükələrlə üz-üzə qoya bilər?
- Makronun İrəvana səfəri və müəmmalı reyslər | Daşınan yüklər nədən ibarətdir? - Baku TV
- Sabiq xarici işlər nazirindən açıqlama
- Ermənistanda radikal müxalifət sülh prosesinə niyə müqavimət göstərməyə çalışır?
- "Bu, Ermənistanın cavabdeh olduğu məsələdir" | Qarabağda mina təhlükəsi davam edir - Baku TV
