Xırdalanda ağacları kim kəsir? - Dövlət qurumu məsələyə münasibət bildirdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Xırdalan ərazisində Ceyranbatan gölünün yaxınlığında ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
Baku TV məsələni araşdırmaq üçün sözügedən ərazidə olub. Yerli sakinlərdən biri ərazidə əvvəl çoxlu ağacların olduğunu, hazırda isə 200-250 ağacın kəsildiyini bildirib.
Digər sakin isə ağacların kəsilmədiyini, onların başqa əraziyə köçürülə biləcəyini ehtimal etdiyini qeyd edib.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, Abşeron yarımadasının nəqliyyat xəritəsini dəyişəcək mühüm yol layihəsinin icrası davam edir.
Qurumun açıqlamasında qeyd edilib ki, yeni yolun inşası “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinə uyğun olaraq aparılır.
Vurğulanıb ki, yol infrastrukturunun tikintisi zamanı ağacların kəsilməsi və ya köçürülməsi yalnız zəruri hallarda, ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Layihə çərçivəsində mümkün qədər ağacların qorunmasına üstünlük verilir, köçürülməsi mümkün olan ağaclar yeni ərazilərə transplantasiya edilir.
#Xırdalan teqi istifadə olunub
- "Baku TV"nin gündəmə gətirdiyi qanunsuz tikili ilə bağlı tədbir görüldü - Baku TV
- Xırdalanda piyada yolu zəbt edilib? | Sakinlər tikintidən narazıdır? - Baku TV CANLI
- "Nə edirlərsə, mənim də başım çıxmır" | Xırdalanda piyada yolunda ev tikilir? - Baku TV
- Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV
- Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV
