Pleyeri seçin:

Kimin insafı varsa... | Hövsan çimərliyində sakinləri boğaza yığan problem

28 aprel 2025 1045 baxış

Hövsan qəsəbəsindəki çimərliklərdən birinə kanalizasiya suyu axır.

Vətəndaşlar bildirirlər ki, çirkab suya görə dənizdəki balıqlar da tələf olur.

“Hər tərəfdən kanalizasiya suyu axır. Başdan-ayağa murdarçılıqdır, təmiz balıq da çıxmır”, ‒ deyə sakin şikayətini bildirib.

Ekoloq Rövşən Abbasovun sözlərinə görə, belə ərazidə ekosistem xidmətləri, balıq potensialı azalır:

“Balıq tutulsa belə, onu yemək təhlükəli ola bilər. Çirklənmə dənizin faunasına ciddi zərər vuran amillərdən biridir. Ona görə də burada geniş qiymətləndirmə aparılmalıdır”.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə bağlarda yaşayan sakinlər tərəfindən özbaşına xətlər çəkilir və çirkab suları həmin əraziyə axıdılır. Məsələ diqqətdə saxlanılır və bununla bağlı qurum Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, həmin ünvanda qurumun mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil:

“Kanalizasiya sistemi olmayan ərazilərdə Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya şəbəkəsinin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1045 baxış
Seçilmişlər
icon