“Kimsə ölməsə, gəlib baxmayacaqlar” | Yasamalda sakinləri qorxu içində yaşamağa vadar edən məsələ
Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 55 ünvanında binanın önündəki ağac yola doğru əyilib. Ağacın altından keçən qaz borusu isə vəziyyəti daha da təhlükəli edir.
Sakinlərin sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.
“70 ildir ki, burada yaşayıram. Mən ağacın altında ölməliyəm? Qorxudan evdə də otura bilmirik. Qurumların hamısına xəbər etmişik, amma heç biri gəlmir. Burada kimsə ölməsə, gəlib baxmayacaqlar”, ‒ onlardan biri söyləyib.
Məsələ ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildirilib ki, qeyd olunan ünvandan Agentliyə hər hansı müraciət daxil olmayıb. Qanunvericiliyə əsasən, quruyan, xəstəliyə yoluxan, insanların həyatı üçün təhlükəli vəziyyətdə olan ağacların ərazidən kənarlaşdırılması üçün torpaq mülkiyyətçiləri Agentliyə müraciət etməlidirlər. Bunun əsasında mütəxəssislər sözügedən ağac və kollara baxış keçirirlər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə qeyd olunub ki, ağacın müvafiq dövlət qurumu tərəfindən verilmiş götürülmə rəyi olmadığından kəsilməsi mümkün deyil.
#Ağac aşması teqi istifadə olunub
- "Bizim həyətimizdə təhlükə çoxdur" | Evin damına ağac aşıb, günlərdir götürən yoxdur - Baku TV
- Sabunçuda dəhşətli hadisə | Ailənin problemi niyə həll edilmir? - Baku TV CANLI
- Bir ailə təhlükə səbəbindən çıxılmaz vəziyyətdə qalıb
- Qorxu içində qalan 4 uşaqlı ailə bu evdən görün niyə qaçmalı oldu - Baku TV
- Sürücü yüngül xəsarət alıb
