Məktəbə gedən yolda dözülməz vəziyyət | Sakinlərin səsinə səs verən olacaq? - Baku TV
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində 284 nömrəli məktəbin qarşısındakı yolun vəziyyəti sakin və valideynlərin narazılığına səbəb olub.
Ərazidə yaranan çoxsaylı çalaların yağışlı havalarda su ilə dolduğu, bunun isə həm piyadaların, həm də sürücülərin hərəkətini çətinləşdirdiyi bildirilir.
Sakinlərin sözlərinə görə, yoldakı çalalar avtomobillərə ziyan vurur, təkərlərin partlamasına və nəqliyyat vasitələrinin müxtəlif texniki problemlərlə üzləşməsinə səbəb olur.
Problemin xüsusilə tədris ilinin başlaması ilə daha da aktuallaşacağı gözlənilir. Valideynlər məktəbə gedib-gələn uşaqların təhlükəsizliyi və ərazidə yarana biləcək tıxaclarla bağlı narahatlıqlarını ifadə edirlər.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, indiyədək nəticə olmayıb.
#Biləcəri qəsəbəsi teqi istifadə olunub
- Ağaclar bir-bir quruyur | Binəqədidəki problemi kim həll etməlidir? - Baku TV CANLI
- Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV
- Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV
- Biləcəri sakinləri ayağa qalxdı | Yol problemi niyə həllini tapmır? - Baku TV
- Sakinlərin gecə yuxusu niyə ərşə çəkilib? | Biləcəridəki problem nə vaxt həll olunacaq? - Baku TV
