Laçında yerli təbiətə kimlər qənim kəsilib? | Turistlər danışdı
İşğaldan azad olunan Laçın rayonu günü-gündən gözəlləşir, abadlaşır. Füsunkar təbiəti olan bu bölgəyə üz tutan turistlərin sayı da durmadan artır. Amma bəzi ərazilərdə və istirahət məkanlarında hərdən xoşagəlməz hallar müşahidə olunur.
Belə ki, məişət tullantıları ətrafa atılaraq təbiət çirkləndirilir.
“Sonuncu dəfə Laçında 45 il əvvəl olmuşam. İndi gəlib bu gözəlliklərə baxıram. Laçında müsbətə doğru çox dəyişikliklər var. İnsanlara tövsiyəm odur ki, buranı təmiz saxlasınlar. Bu abadlığı, gözəlliyi biz qorumasaq, kim qoruyacaq?”, ‒ turist Elşən İsmayılov söyləyib.
Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev isə bildirib ki, ərazidə fəaliyyət göstərən şirkətlərin, müəssisələrin dəstəyi ilə müxtəlif iməciliklər həyata keçirilir. Amma bu tədbirlər mövcud vəziyyətin aradan qaldırılmasına kifayət etmir:
“Vətəndaşlarımızdan xahişimiz ondan ibarətdir ki, hər bir ərazini öz evimiz hesab edək. Bu ərazilərə səfər edən turistlərimiz istifadə etdikləri tullantıları qablaşdıraraq onlara yaxın məntəqələrə tullasınlar”.
#Laçın teqi istifadə olunub
- “Qardaşının üstünə atılan vaxt özünə də güllə dəydi” | İgidlik salnaməsi yazan 7 şəhid - Baku TV
- “Həkəriçay” su anbarının təməli qoyuldu
- Prezident yeni su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib - Baku TV
- Prezident İlham Əliyevə Laçında gerçəkləşdirilən layihə barədə məlumat verildi - Baku TV
- "Burada təhsil almaq qürurvericidir" | Zabux kəndinin yenilənən təhsil müəssisələri - Baku TV
