Cəmiyyət
Pleyeri seçin:
Masallıda içməli suyu və qazı olmayan uşaq bağçası
Masallının Həsənli kəndindəki uşaq bağçası şəraitsiz vəziyyətdədir.
1992-ci ildən uyğunlaşdırılmış binada yerləşən bağça binası qəzalı olduğuna görə kənd ərazi nümayəndəliyinin binasına köçürülüb.
Hazırda bağçanın ən əsas problemi isə içməli su ilə bağlıdır. Müəllimlər içməli suyu öz vəsaitləri hesabına alırlar ki, buna da həftə ərzində 60 manata yaxın pul ödəməli olurlar.
Kənd sakinləri bağçanın hazırkı vəziyyətindən şikayətçidirlər: “Bağçada içməli su, qaz yoxdur. Otaqlar çox dardır. Uşaqlar istədiyi kimi oturub-dura, müəllimlər isə dərs keçə bilmirlər. Müdirin otağı ilə mətbəx eyni yerdədir”.
Kopyalandı
Seçilmişlər