Pleyeri seçin:

Məhkəmədə qandonduran ifadə səsləndi | Qadın niyə ərinin qətlini sifariş verib?

12 oktyabr 2024 306 baxış

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icraçıları – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin məhkəməsinin növbəti baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb.

Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmədəki sərbəst ifadələri arasında müəyyən ziddiyətlər ortaya çıxıb. Qətlin sifarişini yerinə yetirməkdə ittiham olunan Bəxtiyar Fərzəliyev ifadəsində cinayət əməlini zərərçəkmişin mülkünü ələ keçirmək məqsədilə törətdiyini deyib. O, təqsirləndirilən Mehdi Məmmədli ilə əvvəllər bir yerdə çalışdığını, hadisə baş verən ərəfədə isə hətta bir evdə yaşadığını bildirib.

Bəxtiyarın ifadəsinə görə, Mehdi Əzizə adlı xanımla yaxın münasibətdə olub. Həmin xanımı incidən ərini ölürmək istədiyini, bununla da onun əmlakını ələ keçirtmək niyyətini Mehdi Məmmədli Bəxtiyara açıqlayıb. Bundan sonra Bəxtiyar Fərzəliyev Mehdinin bu fikirləri ilə razılaşıb və Əli Seyidlinin qətli üçün plan hazırlayıblar. Bu məqsədlə zərərçəkənin yaşadığı evin ətrafındakı kameraların yerini öyrənib, sonra hərəkət edə biləcəkləri marşrutları dəqiqləşdiriblər. Onlar həmin ərazidə digər təqsirləndirilən Elvin Əliyevlə görüşərək, Əli Seyidlinin işdən evə gəlmə anını gözləyiblər. Hər üç şəxs Əli Seyidliyə hücum edərək ona bıçaq zərbələri endirib və hadisə yerindən qaçıblar.

İstintaqdakı ifadələrinin məhkəmədə söylədikləri ilə ziddiyyət təşkil etməsini Bəxtiyar Fərzəliyev ifadəyə yalnız imza atması ilə əsaslandırıb.

Əzizə Seyidova isə vəsatət qaldıraraq, qətldə mülk iddiasının yanlış olduğunu bildirib. O vurğulayıb ki, yaşadığı evdə hər hansı bir mülkiyyət hüququ olmayıb. Buna görə də vəsatətdə qətlin tamah məqsədilə törədilməsi ilə bağlı ittihama yenidən baxılmasını məhkəmədən xahiş edib.

Növbəti proses noyabrın 5-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2024-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. İttihama görə, 23 yaşlı Əzizə Seyidova ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvana yaxınlaşaraq, gəlməyini gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə Mehdi Məmmədli və dostları onun qarşısını kəsərək, 23 bıçaq zərbəsi endirməklə onu qətlə yetiriblər.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə, Mehdi Məmmədli, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Banner
Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

Cəmiyyət
20 oktyabr 2026 306 baxış
Seçilmişlər
icon