Millimizin üzvü: Təxribat səbəbindən yarışdan imtina etdik
Yeniliklərdən dərhal xəbərdar olun
“Erməni təxribatı səbəbindən vacib yarışdan imtina etdik”.
Bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ömər Cavadov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan tərəfi həmişəki kimi, bu dəfə də idmanı siyasətə qatıb: “Ora bayrağımızı qaldırmağa getmişdik. Amma onların etdikləri hərəkət düzgün deyildi”.
Ömər Cavadov artıq qarşıdakı yarışlar barədə düşünəcəklərini vurğulayıb: “Bundan sonrakı yarışlarda da əlimizdən gələni edəcəyik ki, bayrağımız daim ucalsın. İrəvandakı yarış olimpiada xalı qazanmaq baxımından bizim üçün önəmli idi. Ancaq qarşıda başqa yarışlar da olacaq”.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün millimiz yarışdan imtina edib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
