Minə yaxın Saray sakini çıxılmaz halda | “Adamı danışmağa da peşman edirlər ki...”
Abşeron rayonu, Saray qəsəbəsində yerləşən bir neçə hündürmərtəbəli binada yaşayan minə yaxın sakin 5 gündür ki, su üzünə həsrətdir.
Dəfələrlə bu barədə aidiyyəti quruma müraciət etdiklərini deyən sakinlər şikayətlərinin cavabsız qaldığını söyləyirlər.
Bina sakinləri deyirlər ki, problem su xəttində baş verən partlayışdan sonra yaranıb.
Hadisədən sonra ərazidə qazıntı işləri aparılıb və problem bir günlük aradan qaldırılsa da, növbəti gündən etibarən yenidən su təchizatı dayanıb.
“Su ilə bağlı çətinlik çəkirik, köməklik göstərən yoxdur. Suyu bir neçə saat verirlər, sonra isə 5-6 saat olmur”, ‒ sakinlərdən biri deyib.
Çəkiliş zamanı əraziyə gələn binanın rəhbər şəxslərindən biri bildirib ki, problem artıq nəzarətə götürülüb və tezliklə tam həll olunacaq.
#Abşeron rayonu teqi istifadə olunub
- Abşeronda “şambo”lara son qoyacaq nəhəng kollektor tikilir
- 16 saylı körpələr evi-uşaq bağçasında qalmaqal | MÜTDA-dan iddialarla bağlı açıqlama - Baku TV
- Azərbaycanlı polkovniklə bağlı dəhşətə gətirən xəbər | Qonşu hər şeyi danışdı - Baku TV
- Abşeronda dəhşətə gətirən hadisə | Sakinlər hər şeyi danışdı - Baku TV
- Xırdalan sakininin evinin önünü kimlər zibilliyə çevirdi? - Baku TV
