Pleyeri seçin:

Minimum aylıq əməkhaqqı artırıldı | Sosial paket kimlərə şamil olunacaq?

01 yanvar 2025 1193 baxış

2025-ci ildə Azərbaycanda 3 milyon şəxsi əhatə edəcək sosial paket icra olunacaq.

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncama əsasən, yanvarın 1-dən ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manat təşkil edir.

Bu o deməkdir ki, artıq ölkədə həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Buna müvafiq olaraq Vahid Tarif Cədvəli üzrə maaşlar 16 faizə qədər artırılıb. Əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilər sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan şəxslərdir.

Həmçinin dövlət orqanlarında işləyən, dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşları yeni artımlarla təsdiqlənib.

Bundan başqa, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılması nəzərdə tutulub. Yəni pensiyaların məbləği bu məbləğdən aşağı olmayacaq. 2025-ci ildə eyni zamanda növbəti dəfə bütün əmək pensiyalarının indeksləşdirilərək artırılması həyata keçiriləcək. 2025-ci ildə həmçinin müavinətlərin və təqaüdlərin artırılması da nəzərdə tutulub.

Ölkə başçısının digər sərəncamı ilə yanvarın 1-dən ehtiyac meyarı 270 manatdan 285 manata yüksəldilib. Ehtiyac meyarı ünvanlı sosial yardımın təyin edilməsində tətbiq olunur. Bu baxımdan ehtiyac meyarının həddinin artırılması sosial yardımların məbləğinin və ondan yararlananların sayının çoxalmasına səbəb olacaq.

AQTA-dan rəsmi açıqlama | "Nestle"nin uşaq qidalarında uyğunsuzluq aşkarlanmayıb - Baku TV

AQTA-dan rəsmi açıqlama | "Nestle"nin uşaq qidalarında uyğunsuzluq aşkarlanmayıb - Baku TV

Cəmiyyət
03 fevral 2026 1193 baxış
Hərəkətin təşkili, yol nişanları reallığa uyğun deyil? - Həll edilməyən nöqsanlar | NECƏ OLMALIDIR?

Hərəkətin təşkili, yol nişanları reallığa uyğun deyil? - Həll edilməyən nöqsanlar | NECƏ OLMALIDIR?

Cəmiyyət
03 fevral 2026 1193 baxış
"Bir-birimizi sevmədik, 12 uşağımız oldu, 3-ü..." - "Mən ölsəm, bunlar da öləcək" | ARZUNUN VAXTI

"Bir-birimizi sevmədik, 12 uşağımız oldu, 3-ü..." - "Mən ölsəm, bunlar da öləcək" | ARZUNUN VAXTI

Cəmiyyət
03 fevral 2026 1193 baxış
Goranboy rayonu “Gənclər Paytaxtı” elan olundu

Goranboy rayonu “Gənclər Paytaxtı” elan olundu

Cəmiyyət
03 fevral 2026 1193 baxış
"Kəpəz"in futbolçusunu küçənin ortasında bıçaqladılar | Hadisə ilə bağlı təcili məlumat - Baku TV

"Kəpəz"in futbolçusunu küçənin ortasında bıçaqladılar | Hadisə ilə bağlı təcili məlumat - Baku TV

Cəmiyyət
03 fevral 2026 1193 baxış
"Tərkibində elə şey olur ki..." - Bu qidalar rəflərdən yığışdırılır | "Bilsəm, almazdım" - Baku TV

"Tərkibində elə şey olur ki..." - Bu qidalar rəflərdən yığışdırılır | "Bilsəm, almazdım" - Baku TV

Cəmiyyət
03 fevral 2026 1193 baxış
Bu il "Gənclər Paytaxtı" Goranboy seçilib | Tədbirdən ən son məlumatlar - Baku TV

Bu il "Gənclər Paytaxtı" Goranboy seçilib | Tədbirdən ən son məlumatlar - Baku TV

Cəmiyyət
03 fevral 2026 1193 baxış
"Dondurmazdan öncə bunu edin ki..." | Dondurulmuş qidalar gözlənilməz fəsadlar törədir? - Baku TV

"Dondurmazdan öncə bunu edin ki..." | Dondurulmuş qidalar gözlənilməz fəsadlar törədir? - Baku TV

Cəmiyyət
03 fevral 2026 1193 baxış
“Nə xəstəlik desən, burada var!” - Problemlər içində “boğulan” sakinlər imdad dilədi - Baku TV

“Nə xəstəlik desən, burada var!” - Problemlər içində “boğulan” sakinlər imdad dilədi - Baku TV

Cəmiyyət
03 fevral 2026 1193 baxış
Uşaq qidasında laboratoriya analizləri nəyi üzə çıxarır? - AKTUAL GÜNDƏM

Uşaq qidasında laboratoriya analizləri nəyi üzə çıxarır? - AKTUAL GÜNDƏM

Cəmiyyət
03 fevral 2026 1193 baxış
Seçilmişlər
icon