Pleyeri seçin:

"Dondurmazdan öncə bunu edin ki..." | Dondurulmuş qidalar gözlənilməz fəsadlar törədir? - Baku TV

03 fevral 2026 464 baxış

Əksər insanlar meyvə və tərəvəzləri həftələrlə, bəzən isə aylarla dondurucuda saxladıqdan sonra istifadə edirlər. Hətta bu dondurulmuş qidalar daha aşağı qiymətə alternativ kimi supermarketlərdə də satılır.

Bəs bu cür qidaların orqanizmə hansı zərərləri var?

Qida mütəxəssisi Məhsəti Hüseynova dondurma prosesinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb:

“Meyvə və tərəvəzləri dondurarkən istifadə edilən polietilen torbalarının qalın və qida üçün uyğun olmasına diqqət yetirilməlidir. Həmin qidalar üç dəqiqə qaynar, sonra buzlu suda saxlanılmalı və tam qurudulub dondurulmalıdır”.

Ekspertlər bildirirlər ki, bir məhsul yalnız bir dəfə dondurula bilər.

“Qida düzgün dondurulmadıqda, mikroorqanizmlər inkişaf edə bilər. Bu isə zəhərlənmələrə, hətta botulizmə səbəb olaraq, dərhal ölümə yol aça bilər”, – deyə Həkim Adil Qeybulla qeyd edib.

Mütəxəssislər eyni zamanda qeyd edirlər ki, dondurulmuş tərəvəzləri yeyərkən onların tərkibinə diqqət yetirmək lazımdır. Şəkər, yağ və ya duz əlavə edilmiş məhsullardan çəkinin. Həmçinin donmuş tərəvəzin buzunun əriməsini gözləmədən dərhal bişirmək tövsiyə olunur. Çünki buzun əriməsi mikroorqanizmlərin aktivləşməsinə və bakteriyaların sürətlə çoxalmasına səbəb olur.

Kopyalandı
Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 464 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 464 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 464 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 464 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 464 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 464 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 464 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 464 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 464 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 464 baxış
Seçilmişlər
icon