Pleyeri seçin:

Moskvadan kişilərimizə əmr gəlmişdi ki... | Xanəndə Aqil Məlikov peşmanlığından danışdı - O VAXTLAR

06 oktyabr 2024 509 baxış

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Şağan sakini, xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikov müasir toylardan söz açıb.

Xanəndə toy mərasimlərində səsləndirilən musiqilərdən gileylənib:

“Bu yaxınlarda mən şəhər toylarından birində oldum. Vallah, özüm özümə nifrət etdim. 500 nəfər var idi, yarıdan çoxu qadın idi. Altı saat rəqs etmək olar? Qadınlar saat 6-dan oynamağa başlayırlar. 80-100 nəfər düşür ortalığa, 12:00-a kimi yerinə oturmaq yoxdur. Səs-küydən beyin çatlayır, baş ağrıyır, yanındakından heç nə soruşa bilmirsən. Gəlin toy əhli ilə 6 saat oynayır. Gəlinsən, get, otur, yarım saat dincəl. Arada bir saat işıqları söndürürlər. Diskoteka başlayır. Gürcü, italyan, ingilis, rus mahnısı oxudulur, bir dənə Azərbaycan musiqisindən başqa. Get, gör, bir italyanın toyunda sənin mahnını oxuyurlar? Hansı toyda Üzeyir Hacıbəylinin “Uvertüra”sını çalırlar? Dünyanın ən möhtəşəm musiqisidir. Bizdən oğurlayıb öz adlarına çıxarırlar, amma bizim adımızı çəkmirlər. Bəs sizə nə olub? Bax, bizim toylarımız bu gündədir”.

Yas məclislərindən də bəhs edən A.Məlikov adətlərimizin qara günə qaldığını söyləyib:

“Yası xəlfə idarə edərdi, həmin şəxs hörmətli kişilərdən olardı. Hər adamı yas məclislərinə xəlfə qoymazdılar. Onlar pul almırdılar, məclisə pul üçün gəlmirdilər. Yas məclislərində stolun üzərində heç nə olmazdı. Axır vaxtlarda dəb düşüb, süfrəni ləbləbi, kişmiş, şəkərbura ilə bəzəyirlər. Elə bil ki, camaat acından gəlib. Əvvəllər yas mərasimləri ev şəraitində keçirilərdi, stolun üstü də bomboş olardı. İndi isə üç çadırı qururlar, 2000 adam yığılıb nə mollaya, nə axunda, nə də dərvişə qulaq asır. Hamı şaraq-şuruq qoz sındırıb yeyir. Bankdan gedib pul çıxarıb ehsan verirlər. Yoxundursa, etmə, ləbləbi, kişmiş vermək o qədər vacibdir?!”.

Banner

#Xanəndə teqi istifadə olunub

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 509 baxış
Seçilmişlər
icon