Pleyeri seçin:

Muxtar Babayevdən ətraf mühit açıqlaması

15 fevral 2024 565 baxış

2019-cu ildən Azərbaycanda mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda enerji doldurucularına vergi güzəştləri tətbiq olunandan sonra ölkəyə elektromobillərin idxalında artım müşahidə olunur.

Bunu Bakıda "Vergi sistemi yeni inkişaf dövründə: Davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda keçirilən forumda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Muxtar Babayev bildirib.

O qeyd edib ki, 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 20 dəfə çox elektromobil idxal olunub: "Eyni zamanda bu yaxınlarda qəbul olunan köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində avtomobil sahiblərinə güzəştlər təklif etməklə yerli avtomobil istehsalı, ekoloji dayanıqlılıq və təkrar emal təşviq edilir.

"Çirkləndirən ödəyir" prinsipinə əsaslanaraq, istehsal fəaliyyəti nəticəsində təbiətə dəyə biləcək ziyan kompensasiya edilməlidir. Bir çox xarici inkişaf etmiş ölkələrdə ətraf mühitə çirkləndiricilərin atılmasına, həmçinin karbon emissiyalarının buraxılmasına görə karbon vergisi tətbiq olunur. Azərbaycanda 1992-ci ildən qüvvədə olan "Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları"na 2022-ci ildə müvafiq dəyişikliklər edilib".

"Əvvəlki ödəmə normativləri hazırkı dövrün tələblərinə tamamilə cavab vermirdi və ölkənin iqtisadi inkişafı ilə uzlaşmırdı. Yeni ödənişlərin tətbiqi müəssisələrdə ətraf mühitin mühafizəsi ilə bağlı məsuliyyət hissini artırmaqla yanaşı, çirkləndiricilərin uçotunun təmin olunmasına zəmin yaratdı. Burada əsas məqsəd müəssisələrin atılan tullantıları azadılmasına təşviq etmək və ətraf mühitə vurulan ziyana görə ödəmələr əvəzinə müəssisənin müasir texnologiyaların tətbiqinə investisiyaların qoyulmasına təşviqdir", – deyə M.Babayev əlavə edib.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 565 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 565 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 565 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 565 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 565 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 565 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 565 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 565 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 565 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 565 baxış
Seçilmişlər
icon