Natiq Qasımova həsr olunan xatirə kompleksinin açılışı | Şəhidin yaxınları təəssüratlarını bölüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 2-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunan xatirə kompleksinin açılışı olub.
Natiq Qasımovun doğum günü ilə əlaqədar təşkil olunan tədbirdə qəhrəmanın əziz xatirəsi dərin ehtiramla yad olunub.
Onun qardaşı Nofəl Qasımov Milli Qəhrəmanla bağlı xatirələrini Baku TV ilə bölüşüb.
“Natiqin adı qəhrəman kimi hər yerdə anılır. Onun yaşadığımız binada sevdiyi qız var idi. O dövrdə müharibəyə getdi, düşündü ki, yəqin sağ-salamat qayıdar, ailə qurar. Natiq Xocalı əsirlərinin güllələnməməsi üçün Azərbaycan Bayrağını götürərək düşmən qarşısına getdi. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən çox yüksək qiymətləndirildi, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü”, – deyə Nofəl Qasımov söyləyib.
Qeyd edək ki, Gədəbəydə dünyaya göz açan Natiq Qasımov Mingəçevirdə böyüyüb, hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Xocalı hadisələrinə biganə qalmayaraq müharibəyə gedib. Onun göstərdiyi qəhrəmanlıqdan dünya mətbuatı da yazıb. Natiq Qasımovun adı oxuduğu Mingəçevir şəhər 4 saylı tam orta məktəbə verilib.
#Mingəçevir teqi istifadə olunub
- “Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV
- Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
