Pleyeri seçin:

Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər? - Alıcıları çətinliyə salan məsələ

20 dekabr 2024 1546 baxış

İqtisadiyyatın tənzimlənməsində vergi siyasətinin rolu böyükdür. Bu gün ölkəmizdə müxtəlif növ vergi tutulmaları həyata keçirilir. Bunlardan biri də ölkəyə gətirilən avtomobillərə tətbiq edilən vergi və rüsumlardır.

Nümunə olaraq 25 min dollarlıq dizellə işləyən avtomobil üçün tutulan rüsumlar bunlardır: idxal gömrük rüsumu – 5304 AZN, ƏDV – 9564,12 AZN, gömrük yığımları – 120 AZN, aksiz vergisi – 3600 AZN, vəsiqə haqqı – 30 AZN, elektron gömrük xidməti haqqı – 30 AZN, elektron gömrük xidməti üzrə ƏDV – 5,4 AZN, utilizasiya haqqı – 400 AZN, gömrük ekspertizasının aparılmasına görə gömrük yığımı – 30 AZN, standartlara uyğunluğa dair verilən sertifikat üçün dövlət rüsumu – 30 AZN.

Əgər bir vətəndaş 25 min dollarlıq dizellə işləyən avtomobil gətirmək istəsə, ümumilikdə 19113,52 AZN gömrük rüsumu ödəməlidir. Təbii ki, bu ödəniş avtomobilin istehsal ilinə, mühərrik gücünə bağlı olaraq dəyişir.

Bu rəqəm kifayət qədər yüksəkdir. Hesablamalar zamanı avtomobilin növü nəzərə alınmır. Məsələn kənd təsərrüfatında yolsuzluq avtomobili kimi tanınan “pickup”, “minivan”, “doblo” tipli avtomobillərə də güzəşt olunmur. Onlardan da aksiz vergisi alınır.

Ümumiyyətlə aksiz nədir? Aksiz qiymətli və zinət əşyalarına, mineral xammala, onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növüdür. El dili ilə desək, “varlı vergisi”dir.

Halbuki, “pickup” tipli avtomobillər əsasən sahibkarlar tərəfindən kənd təsərrüfatında istifadə olunur. Bu tip nəqliyyat vasitələri ilə bahalı lüks avtomobili müqayisə etmək nə dərəcə doğrudur?! İmkanlı şəxs şəhərdə bu avtomobildən niyə gündəlik nəqliyyat vasitəsi kimi istifadə etsin?! Qonşu ölkələrin bu sahədə təcrübəsinə nəzər salsaq, Türkiyədə Özel Tüketim Vergisi anlayışı mövcuddur. Qısaca, ÖTV vergisi. Bizim aksiz vergisi ilə eyni anlayışdır. Normal avtomobillərə mühərrik gücünə bağlı olaraq 45-220%-ə qədər aksiz vergisi tətbiq edilirsə, “pickup” tipli avtomobillərə, avtobuslara, mikroavtobuslara bu vergi 1-15% arası dəyişir.

Gürcüstan təcrübəsinə nəzər saldığımızda bu rəqəm 5-7%, Norveç, Kanada, İsveçdə 1-3% arasında dəyişir.

Bəs Azərbaycanda necə, bu təcrübədən istifadə etmək mümkündürmü?

Banner
Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri qəsəbəsinin sakinləri - Baku TV

“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri qəsəbəsinin sakinləri - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
Maaşlarla bağlı gözlənilən dəyişiklik | Paytaxt sakinləri nə düşünür? - Baku TV CANLI

Maaşlarla bağlı gözlənilən dəyişiklik | Paytaxt sakinləri nə düşünür? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV

Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
Ermənistanın törətdiyi növbəti terrordan altı il ötür - Baku TV

Ermənistanın törətdiyi növbəti terrordan altı il ötür - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 1546 baxış
Seçilmişlər
icon