"Övladımı həbsxanada dünyaya gətirdim" | "Həbsdən çıxandan sonra ərimdən ayrıldım" - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin budəfəki qonağı keçmiş məhkum Gülüş Fətəliyeva olub.
O, cəzaçəkmə müəssisəsinə düşmə səbəbindən və həbsxana illərindən söz açıb:
“22 yaşımda ailə həyatı qurmuşam. Bir gün həyətdə ərimin keçmiş həyat yoldaşı oğlumu döymüşdü. Mağazadan qayıdanda bunu öyrəndim. Aramızda mübahisə düşdü və yerdəki taxta parçası ilə ona xəsarət yetirdim. Hadisədən sonra isə özüm təslim oldum. Həmin vaxt hamilə idim, övladım cəzaçəkmə müəssisəsində dünyaya gəldi. 6 il 2 ay həbsxanada qaldım. Bütün çətinliklərə baxmayaraq, orada işləyərək cəzamı çəkdim və 2024-cü ilin mayında azadlığa buraxıldım”.
Gülüş Fətəliyeva həmçinin məhkumluq müddəti başa çatandan sonra həyat yoldaşından ayrıldığını bildirib:
“Ailədə bitməyən söz-söhbətlər səbəbindən ayrılmağa qərar verdim. Hazırda kirayədə yaşayır və təmizlik işçisi kimi çalışıram. Böyük oğlum atasının yanında qalır, digər iki övladım isə mənimlədir. İşimin daimi olmaması səbəbindən maddi sıxıntı çəkirəm, hətta uşaqların məktəb formasını almağa imkanım çatmır”.
#Arzunun vaxtı teqi istifadə olunub
- “Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI
- Pakistanlı bəy 19 yaşlı azərbaycanlı qızın ürəyini necə fəth etdi? - ARZUNUN VAXTI
- "25 il həbsdə qalmaq olar?!" | Musiqiçi niyə dəniz kənarında daxmada yaşayır? - ARZUNUN VAXTI
- Uşaq evindən milli yığmaya: 9 yaşında ailəsi onu atdı, indi isə milli yığmamızın futbolçusudur
- "Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI
