Pleyeri seçin:

"Ödəməyən qışqırır!" | Sakinlərin başına oyun açdılar? - "Pulları yığdı, aradan çıxdı" - Baku TV

11 sentyabr 2026 305 baxış

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Uğur 2” Yaşayış Kompleksinin sakinləri liftlərin istifadəsinə tətbiq olunan məhdudiyyətlərdən və ödəniş tələblərindən narazıdırlar.

Sakinlərdən birinin sözlərinə görə, üç ildir bu binada yaşayır və bir müddət əvvəl onlara lift üçün xüsusi kart təqdim olunub:

“Kartı verəndə işləyirdi. İndi isə üç gündür bloka salınıb, mənzilimə qalxa bilmirəm. Səbəbini soruşanda aydın məlumat vermirlər. Bildirirlər ki, guya pul ödəməli və müqavilə bağlamalıyıq”.

Digər bir sakin isə kart sisteminin tətbiq olunmasının əsas məqsədinin pul yığmaq olduğunu iddia edir:

“Ötən gün yaxınlaşıb bildirdim ki, ailəm və uşaqlarım evə qalxa bilmir. Sistemi tətbiq edəndə xəbərdarlıq etməmişdilər ki, kartlar bloklanacaq və əlavə pul tələb olunacaq. Hər mənzilə üç kart verilib, əlavə hər bir kart üçün isə beş manat tələb edirlər”.

Məsələ ilə bağlı “Uğur 2” Yaşayış Kompleksinin xəzinədarı Kəmalə Əliyeva bildirib ki, məhdudiyyət borclarla əlaqədardır:

“Mənzil sahiblərinin lift istifadəsi kommunal borclarını ödəmədiklərinə görə dayandırılıb. Sakinlər ödəniş etməyəndə liftlərin təmiri və digər təsərrüfat problemlərinin həlli çətinləşir. Bu səbəbdən kommunal ödənişlərin vaxtında həyata keçirilməsi tələb olunur”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 305 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 305 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 305 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 305 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 305 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 305 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 305 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 305 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 305 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 305 baxış
Seçilmişlər
icon