Pleyeri seçin:

“Pəncərəni də aça bilmirik” | Hökməli sakinlərinin şikayətinə qurum nə cavab verdi? - Baku TV

24 sentyabr 2026

Hökməli qəsəbəsi, Koroğlu küçəsi, “döngə 2” adlanan ünvanda kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, kanalizasiya xəttinin tutulması nəticəsində çirkab sular evlərin qarşısına və həyətlərə dolur. Yaranan vəziyyət həm antisanitar şərait yaradıb, həm də bəzi evlərin divarlarında çatların əmələ gəlməsinə səbəb olub.

Sakinlər bildirirlər ki, təxminən üç aydır davam edən vəziyyətlə bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

“Gəlib baxırlar, deyirlər ki, maşın göndərəcəyik, xətt təzyiqlə açılacaq. Amma 15-20 gündür gözləyirik, problem həll olunmayıb. Nə həyətə çıxa bilirik, nə də pəncərəni aça bilirik”, – deyə sakinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda Abşeron Regional Su Ehtiyatları İdarəsinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.

Qeyd olunub ki, ərazidə vətəndaşlar tərəfindən qanunsuz tullantı su xətləri çəkilib və çirkab sular həmin xətlərlə müxtəlif istiqamətlərə axıdılır.

Tullantı su şəbəkəsinə çıxışı olmayan vətəndaşlara şəbəkə qurulana qədər fərdi şambo və ya çirkab su quyularından istifadə etmək tövsiyə olunur.

Bildirilib ki, vətəndaşlar tərəfindən divarları və dibi su keçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Quyular yaşayış və ictimai obyektlərdən 20-100 metr məsafədə yerləşməlidir. Quyular dolma həddindən asılı olaraq, ildə ən azı iki dəfə təmizlənməlidir. Tələblərə əməl edilmədiyi halda fiziki şəxslər 600 manatdan 1000 manatadək cərimələnə bilərlər.

Düzgün fırçalama müddəti ağız gigiyenasında mühüm rol oynayır

Düzgün fırçalama müddəti ağız gigiyenasında mühüm rol oynayır

Cəmiyyət
24 sentyabr 2026
Biləcəridə qəzalı ev problemi ailəni kirayədə qalmağa məcbur etdi - Baku TV CANLI

Biləcəridə qəzalı ev problemi ailəni kirayədə qalmağa məcbur etdi - Baku TV CANLI

Cəmiyyət
24 sentyabr 2026
"Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV

"Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV

Cəmiyyət
24 sentyabr 2026
Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV

Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV

Cəmiyyət
24 sentyabr 2026
Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV

Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV

Cəmiyyət
24 sentyabr 2026
Tanınmış telekanalların nümayəndələri Milli Xalça Muzeyində bir araya gəldilər - Baku TV

Tanınmış telekanalların nümayəndələri Milli Xalça Muzeyində bir araya gəldilər - Baku TV

Cəmiyyət
24 sentyabr 2026
Sakinlər tullantı sularından şikayətçidir | Bəs qurum problemin səbəbini nədə görür? - Baku TV

Sakinlər tullantı sularından şikayətçidir | Bəs qurum problemin səbəbini nədə görür? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
"Qarabağ xalçalarımız yurdunda toxunsun" | "Azərxalça"nın hansı planları var? - Baku TV

"Qarabağ xalçalarımız yurdunda toxunsun" | "Azərxalça"nın hansı planları var? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
"Azərxalça"nın borcları niyə bu qədər artmışdı? | "Yük bizim üzərimizə düşdü" - Baku TV

"Azərxalça"nın borcları niyə bu qədər artmışdı? | "Yük bizim üzərimizə düşdü" - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026
Seçilmişlər
icon