Pleyeri seçin:

Polis Ağcabədidə əməliyyat keçirdi

13 aprel 2023 307 baxış

Ağcabədidə polislər saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, aprelin 9-da Ağcabədidə yaşayan bir nəfər sakinin işlədiyi köşkə tanımadığı şəxs yaxınlaşıb, alqı-satqı müqabilində ona 50 manat pul təqdim edib, satıcı sonradan həmin pulun saxta olmasını bilib və bu barədə polisə məlumat verib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxta əsginasın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdədə yaşayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Aslanov qısa zamanda müəyyən edilib. Detallı araşdırmalarla onun həmin əsginası həmyerlisi və qonşusu Rahib Zeynalovdan əldə etdiyi məlum olub.

Əməliyyatın davamında Rahib Zeynalov qəsəbə ərazisində işlədiyi foto studiyasında elə iş başında, saxta əsginas hazırlayarkən polis əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin obyektə baxış keçirilən zaman 5 ədəd 100 manatlıq, 28 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq və 5 ədəd 10 manatlıq saxta əsginaslar, onların hazırlanması üçün istifadə olunan kompüter və printer aşkar olunaraq götürülüb.

Adıçəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Kopyalandı
"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
Mərdanov qardaşları küçəsində nə baş verir?

Mərdanov qardaşları küçəsində nə baş verir?

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
Bakıda şagirdlər məktəbdə canlı yayım açıb görün nə etdilər - Baku TV

Bakıda şagirdlər məktəbdə canlı yayım açıb görün nə etdilər - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
ADMİU-da nə baş verir? - Universitet tələbələrinə təzyiq göstərilir? - Baku TV

ADMİU-da nə baş verir? - Universitet tələbələrinə təzyiq göstərilir? - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 307 baxış
Seçilmişlər
icon