Qalıqları tapılan şəhid Elşad Qayımovun dəfni | Xaçmaz
Xaçmazın Hacıqurbanoba kəndində Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra şəxsiyyəti müəyyən edilən şəhid Elşad Qayımovla vida mərasimi keçirilib.
Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon rəsmiləri, şəhid ailələri və sakinlər iştirak ediblər.
Mərasimdə çıxış edən icra başçısı Elnur Rzayev Ordumuzun göstərdiyi rəşadətdən danışıb. Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Qeyd edək ki, Elşad Qayımov Birinci Qarabağ müharibəsində Füzulinin yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 1994-cü ildə valideynlərinə Elşadın yaralandığı deyilsə də, sonradan onunla bağlı hər hansı məlumat əldə edə bilməyiblər. Aparılan araşdırmalardan sonra Elşad Qayımovun Beyləqanın Şəfəq qəsəbəsində yerləşən qəbiristanlıqda naməlum şəhid kimi basdırıldığı məlum olub.