Pleyeri seçin:

Qarabağ atları niyə dünyanın ən qiymətli at cinsidir? | ARAŞDIRMA

10 oktyabr 2024 1017 baxış

Baku TV-də Azərbaycanın rəmzlərindən biri olan Qarabağ atları haqqında “Qızılı miras” adlı araşdırma materialı yayımlanıb.

Araşdırmada dünya şöhrətli “Sarı köhlənlər”in keçmişdən bu günə qədər olan tarixinə nəzər salınıb.

Həmçinin mütəxəssislər Qarabağ atlarını digər at cinslərindən fərqləndirən xüsusiyyətlərə, o cümlədən onların üstün keyfiyyətlərinə, bu atların qızılı rənginin özəlliyinə aydınlıq gətiriblər.

Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə bildirib ki, adıçəkilən atların öz xüsusiyyətləri, bədən ölçüləri, özlərinə xas rəngləri var. Bu özəlliklərlə Qarabağ atlarını rahatlıqla ayırd etmək mümkündür.

Müasir Qarabağ atları 144-154 santimetr hündürlüyə, orta uzunluqda boyuna, kiçik başa, dərin və geniş sinəyə, yaxşı inkişaf etmiş əzələlərə sahibdir.

Bu cinsə aid olan atlar dəqiq və sürətli hərəkətləri, ahəngdar bədən quruluşları ilə seçilir. Məhz bunun sayəsində folklorda Qarabağ cinsindən olan atları ahu və ya ceyrana bənzədiblər.

Bəzi ərəb mənbələrində 8-ci əsrdə Azərbaycan ərazisində qızılı atların geniş yayıldığı haqda məlumatlar var. Yazılı mənbələrdə o da qeyd olunur ki, ərəb istilaçıları Azərbaycandan 60 min qızılı atı Ərəbistana aparıblar. Qarabağ atının adı ilə bağlı maraqlı bir məqam da var.

Sovet dövründən qalma fikir belədir ki, sözügedən atlar Qarabağ xanları tərəfindən əhlilləşdirilərək yetişdirilib. Buna görə də adı Qarabağ atıdır.

Bu zaman belə təəssürat yaranır ki, sanki sözügedən cins 250 il bundan əvvəl ortaya çıxıb. Lakin bu kökündən yanlış fikirdir.

Tarixçi Paşa Həsənli bildirib ki, Rusiya Azərbaycanın şimal ərazilərini işğal edəndən sonra Sankt-Peterburqda, Parisdə və başqa Avropa şəhərlərində sərgilərə bu atları aparmaq istəyiblər:

“Proses Qarabağ xanlığının ərazisində baş verdiyinə görə və məhz bu xanlığın ərazisindən Avropa şəhərlərinə atlar aparıldığı üçün ruslar tərəfindən “Qarabağ atı” adı formalaşdırılıb. Amma rus və məşhur digər müəlliflərin hər biri 19-20-ci əsr yazılarında Qarabağ atları barədə yazanda mütləq şəkildə qeyd edirlər ki, həmin atlar vətənlərində “köhlən” adlandırılır. Xalq arasında isə onlara “sarılar” deyirlər”.

Kopyalandı
Banner
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 1017 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 1017 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 1017 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 1017 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 1017 baxış
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 1017 baxış
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 1017 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 1017 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 1017 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 1017 baxış
Seçilmişlər
icon