Pleyeri seçin:

Qarabağ zəfərinə gedən yolun təməlləri | 6 il öncə başlayan döyüşlər zəfərin müjdəçisi oldu

12 iyul 2026 400 baxış

İyulun 12-dən başlayan, 44 günlük Vətən müharibəsinin başlanğıcı hesab olunan və Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 6 il ötür.

2020-ci il iyulun 12-si günorta saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri atəşkəsi kobud şəkildə pozaraq Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutub.

Döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələr endirilib. Ordumuzun göstərdiyi cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Düşmənin 100-dən çox canlı qüvvəsi, xeyli sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.

Döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 10 hərbçimiz qəhrəmancasına şəhid olub. Ermənilərin atdığı mərminin evlərdən birinə düşməsi zamanı mülki şəxs, 76 yaşlı Əziz Əzizov da şəhid olub.

Düşmənin artilleriya və minaatan zərbələri nəticəsində Tovuzun Ermənistanla sərhəddə yerləşən bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə və məktəblərə ciddi ziyan dəyib.

Bununla yanaşı, Ordumuzun qələbəsi ilə yekunlaşan Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açıb.

2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatları başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunub.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 400 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 400 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 400 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 400 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 400 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 400 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 400 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 400 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 400 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 400 baxış
Seçilmişlər
icon