Pleyeri seçin:

Qarabağa avtomobillə getmək üçün bunu etməlisiniz

23 dekabr 2023 2811 baxış

Vətəndaşların Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməsi mümkün olacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, dekabrın 27-dən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı üzərindən əldə edə bilərlər.

Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy rayonlarından keçməklə mümkün olacaq. Şuşa və Suqovuşan istiqamətində səfər üçün vətəndaşlara icazələrin verilməsi zamanı bir sıra tənzimləmələr tətbiq ediləcək. Belə ki, səfəri oturacaq yerlərinin sayı doqquzdan çox olmayan fərdi minik avtomobilləri ilə etmək mümkündür.

İcazələrin etibarlılıq müddəti Şuşa şəhəri üçün iki gün, Suqovuşan qəsəbəsi üçün isə bir gün olacaq. Səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə veriləcək.

Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlar ilə tanış olmalı, həmçinin bu barədə özü ilə səfər edən şəxsləri məlumatlandırmalıdır.

Tələbələrin yerdəyişməsi üzrə yekun nəticələr elektron kabinetlərə göndərilib - Baku TV

Tələbələrin yerdəyişməsi üzrə yekun nəticələr elektron kabinetlərə göndərilib - Baku TV

Cəmiyyət
28 iyul 2026 2811 baxış
Elektron sistem üzrə aparılan yerdəyişmə prosesi uğurla başa çatıb - Baku TV CANLI

Elektron sistem üzrə aparılan yerdəyişmə prosesi uğurla başa çatıb - Baku TV CANLI

Cəmiyyət
28 iyul 2026 2811 baxış
İki ailənin yaşadığı kənddə həyat necə davam edir? | Sakin danışdı - Baku TV

İki ailənin yaşadığı kənddə həyat necə davam edir? | Sakin danışdı - Baku TV

Cəmiyyət
28 iyul 2026 2811 baxış
Müəllimi güllələməkdə təqsirləndirilən şagirddən baş verənlərlə bağlı açıqlama - Baku TV

Müəllimi güllələməkdə təqsirləndirilən şagirddən baş verənlərlə bağlı açıqlama - Baku TV

Cəmiyyət
28 iyul 2026 2811 baxış
“Ay xanım, sizə nə lazımdır axı?!” | Vətəndaşın torpağını kim zəbt edib? - Baku TV

“Ay xanım, sizə nə lazımdır axı?!” | Vətəndaşın torpağını kim zəbt edib? - Baku TV

Cəmiyyət
28 iyul 2026 2811 baxış
Taxıl biçininin yavaş-yavaş yekunlaşdığı dövrdə sahələrdə vəziyyət necədir? - Baku TV

Taxıl biçininin yavaş-yavaş yekunlaşdığı dövrdə sahələrdə vəziyyət necədir? - Baku TV

Cəmiyyət
28 iyul 2026 2811 baxış
İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan qalmaqallı iddia - Baku TV

İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan qalmaqallı iddia - Baku TV

Cəmiyyət
28 iyul 2026 2811 baxış
Sığortalı kreditlər borcalan üçün hansı üstünlükləri yaradacaq? | İqtisadçıdan açıqlama - Baku TV

Sığortalı kreditlər borcalan üçün hansı üstünlükləri yaradacaq? | İqtisadçıdan açıqlama - Baku TV

Cəmiyyət
28 iyul 2026 2811 baxış
"Xəcalət çəkirik, uşaqlarımızı..." | Problemi həll edilməyən sakinlər özündən çıxdı - Baku TV

"Xəcalət çəkirik, uşaqlarımızı..." | Problemi həll edilməyən sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
28 iyul 2026 2811 baxış
Özünü və ailəsini təhlükəyə atanlar | Sakinlər xəbərdarlıqlara niyə məhəl qoymur? - Baku TV

Özünü və ailəsini təhlükəyə atanlar | Sakinlər xəbərdarlıqlara niyə məhəl qoymur? - Baku TV

Cəmiyyət
28 iyul 2026 2811 baxış
Seçilmişlər
icon