"Xəcalət çəkirik, uşaqlarımızı..." | Problemi həll edilməyən sakinlər özündən çıxdı - Baku TV
Masallı rayonunun İkinci Səmədxanlı kəndinin sakinləri yollarının uzun illərdir bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, kəndi əsas magistral yola birləşdirən təxminən 2,5 kilometrlik yol indiyədək asfaltlanmayıb.
Onlar bildirirlər ki, yolun yararsız vəziyyəti həm gediş-gəlişi çətinləşdirir, həm də insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi problemlər yaradır.
Kənd sakinlərinin sözlərinə görə, yolun bəzi hissələrini öz vəsaitləri hesabına təmir etsələr də, bu, problemi aradan qaldırmayıb.
“Uşaqlarımız çox əziyyət çəkir. Qonşu kəndə məktəbə palçığın içində gedirlər, ayaqqabıları dözmür. Mən bu kənddə böyümüşəm, uşaq olandan bu yolu belə görmüşəm. İndiyədək heç bir tədbir görülməyib”, – deyə şikayətçi narazılığını bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yolun yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub və layihənin icrası üçün maliyyə vəsaitinin ayrılması gözlənilir.
#Masallı teqi istifadə olunub
- 400-ə yaxın xidmətin göstərildiyi Masallı “ASAN Həyat” kompleksi 10 yaşını qeyd edir - Baku TV
- "Elə bil sel gedir" | Sakinlər imdad diləyir | "Şəhidin adına layiq küçə deyil" - Baku TV
- Masallı və İmişlidə böyük əməliyyat | Külli miqdarda narkotik götürüldü - Baku TV CANLI
- 69 yaşlı qadının tükürpərdən ölümü | "Hər yeri axtarıblar, qızıllarına dəyməyiblər" - Baku TV
- “Hamısı çatladı” | Çernobıl əlili çarəsiz halda: “Gecə evdən səs gəlir, sanki zəlzələdir” - Baku TV
