Pleyeri seçin:
“Bu əziyyətdən bizi qurtarsaydılar...” | Üç kəndi birləşdirən körpü uçdu - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayonunun Car kəndinin ərazisindən axan Bəkməz çayının üzərində salınan körpü iyulun 7-si və 8-də çaya sel gəlməsi nəticəsində qəzalı vəziyyətə düşüb.
Məsələ ilə bağlı sakinlər narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Hər dəfə sel gələndə əziyyət çəkirik. Bizi bu əziyyətdən qurtarsaydılar, çox minnətdar olardıq. Qəzalı körpünün üstündən keçib gedirik”, – sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib ki, mövcud vəziyyət gediş-gəlişi xeyli çətinləşdirib:
“Hər şey bərbad vəziyyətdədir. Aşağıdan gəldiyimiz alternativ yol da həm çox uzaqdır, həm də bərbad haldadır. Oradan hərəkət etmək çox çətindir”.
Kopyalandı
#Zaqatala teqi istifadə olunub
- “Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
