Pleyeri seçin:

Qarabağa gəlincə siyasətə qarışmayan şirkət İsraili niyə dəstəklədi?

13 oktyabr 2023 273 baxış

2020-ci ilin oktyabrında – Vətən müharibəsinin gedişində “McDonalds”ın Azərbaycandakı rəsmi səhifəsi Qarabağla bağlı Azərbaycana dəstək postu paylaşdı. Lakin üzərindən çox keçməmiş şirkət həmin postu sildi. Bunu da siyasətə qarışmamaq, əsas amallarının insanları qida ilə təmin etmək və xeyirxahlıq göstərmək olması ilə əlaqələndirdi.

Ancaq sonradan məlum oldu ki, “McDonalds”ın açıqlaması nə xeyirxahlıq, nə də siyasətdir. Səbəb xeyirxahlıq çətiri altında gizlənib, erməni lobbisinin diqtəsi ilə həqiqətə göz yummaqdır. Haqlı olaraq şirkətin bu addımı birmənalı qarşılanmadı və sosial şəbəkələrdə vətəndaşlar “McDonalds”ı boykot etməyə çağırdı.

Təbii ki, sözügedən qurum dediklərimizi təkzib edə və həmin açıqlamasının həqiqəti əks etdirdiyini deyə bilərdi, amma növbəti oxşar paylaşımı ilə özünü ifşa etməsəydi. Yəni, “McDonalds” yeni paylaşımı ilə sözü ilə əməlinin tərs mütənasib olduğunu elə özü sübut etdi. Oktyabrın 7-də İsraillə HƏMAS arasında başlayan qarşıdurmaya münasibət bildirməklə.

Belə ki, siyasətə qarışmadığını iddia edən şirkət hazırda HƏMAS-la müharibə şəraitində olan İsrailə rəsmi sosial şəbəkə hesabında dəstək nümayiş etdirib. Əgər şirkətin məqsədi həqiqətən də insanları yalnız qida ilə təmin etməkdirsə, Qarabağa dəstək paylaşımını məhz buna görə silmişdisə, bəs İsrailin istisnalıq təşkil etməsinə səbəb nədir?

Deməli, məqsəd sadəcə maraqların toqquşmasıdır. Bu isə istər sözügedən qurumun, istər ona təsir edən erməni lobbisinin, istərsə də onları dəstəkləyən qüvələrin nə qədər riyakar, saxtakar və insanlıq düşməni olduğunu bir daha nümayiş etdirir.

Vətəndaşları narahat edən mövzu | "Şeytan çarxı" bu havada risklidir? - Baku TV

Vətəndaşları narahat edən mövzu | "Şeytan çarxı" bu havada risklidir? - Baku TV

Cəmiyyət
28 avqust 2026 273 baxış
“AID Group” işində istintaq prokurorluğa həvalə edildi

“AID Group” işində istintaq prokurorluğa həvalə edildi

Cəmiyyət
28 avqust 2026 273 baxış
"Komfort istəməsə, avtobusa minər də" | Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - Baku TV

"Komfort istəməsə, avtobusa minər də" | Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - Baku TV

Cəmiyyət
28 avqust 2026 273 baxış
Bura niyə paytaxtın ən riskli kəsişmələrindən birinə çevrilib? - NECƏ OLMALIDIR?

Bura niyə paytaxtın ən riskli kəsişmələrindən birinə çevrilib? - NECƏ OLMALIDIR?

Cəmiyyət
28 avqust 2026 273 baxış
“AID Group” rəhbərinə ağır ittihamlar

“AID Group” rəhbərinə ağır ittihamlar

Cəmiyyət
28 avqust 2026 273 baxış
"5 manatlıq yola 25 azn istəyir" | Sakinləri boğaza yığan problem niyə həll edilmir? - Baku TV

"5 manatlıq yola 25 azn istəyir" | Sakinləri boğaza yığan problem niyə həll edilmir? - Baku TV

Cəmiyyət
28 avqust 2026 273 baxış
"Mikrob keçib bizə, deyirlər ki..." | Sabunçu Tibb Mərkəzi ilə bağlı sensasiyalı iddia - Baku TV

"Mikrob keçib bizə, deyirlər ki..." | Sabunçu Tibb Mərkəzi ilə bağlı sensasiyalı iddia - Baku TV

Cəmiyyət
28 avqust 2026 273 baxış
"Bunu müştəriyə necə verək?!" | Kuryerlər təngə gəldi | "McDonald's" deyir ki, belədir!" - Baku TV

"Bunu müştəriyə necə verək?!" | Kuryerlər təngə gəldi | "McDonald's" deyir ki, belədir!" - Baku TV

Cəmiyyət
28 avqust 2026 273 baxış
Kirayə ev axtaranları hansı yollarla tələyə salırlar? - Baku TV CANLI

Kirayə ev axtaranları hansı yollarla tələyə salırlar? - Baku TV CANLI

Cəmiyyət
28 avqust 2026 273 baxış
"AID Group"la bağlı qalmaqallı araşdırma yenidən gündəmdə | Yeni iddialar səsləndirilir - Baku TV

"AID Group"la bağlı qalmaqallı araşdırma yenidən gündəmdə | Yeni iddialar səsləndirilir - Baku TV

Cəmiyyət
28 avqust 2026 273 baxış
Seçilmişlər
icon